Ağcabədi uşaq bağçasında Dövlət Bayrağı Günü qeyd olunub - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi uşaq bağçasında Dövlət Bayrağı Günü qeyd olunub +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

AZpress.AZ xəbər verir ki, Ağcabədi şəhər 8 saylı uşaq bağçası körpələr evində Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.


Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlandı. Sonra bağçanın müəllimləri çıxış edərək Azərbaycan bayrağının yaranma tarixi, ona verilən önəm və 9 noyabr tarixinin "Bayraq Günü” kimi qeyd edilməsi haqqında iştirakçılara geniş məlumat verdilər. 3-5 yaşlı qruplar arasında keçirilən tədbirdə balacalar vətənə, bayrağa həsr olunan şeirlər səsləndirib və mahnılar, rəqslər ifa edərək, kiçik səhnəcik nümayiş etdirdilər.Tədbirdə iştirak edən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin balaca fidanlarının ifasında maraqlı səhnəciklər,rəqs nömrələri nümayiş olunmuşdur. Sonda uşaq bağçasının müdiri Əsmər Şərifova çıxış edərək balaca fidanları bayram münasıbəti ilə təbrik etdi və bildirdi ki, "Ölkəmizin parlaq gələcəyi sizlərin əlindədir və mən inanıram ki, siz körpələrində iştirakı ilə belə bir bayram tezliklə işğal altında olan torpaqlarımızda qeyd ediləcək və üçrəngli bayrağımız doma torpağımızda dalğalanacaq”. Yekunda isə tədbirdə iştrak edən balacalar bağçadan piyada Bayraq Muzeyinə gələrək muzeylə tanışlıqdan sonra əllərindəki rəngbə-rəng şarları səmaya uçurtdular.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )