“Ucalan üçrəngli bayrağımız” adlı tədbir keçirildi... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Ucalan üçrəngli bayrağımız” adlı tədbir keçirildi... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 7 noyabr 2018-ci il tarixində “9 noyabr Dövlət Bayraq günü”nə həsr olunmuş “Ucalan üçrəngli bayrağımız” adlı tədbir Yusif Mirzəyev adına 44 saylı tam orta məktəbdə keçirildi.

Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “İntellekt”, “Erudit”, “Nitq mədəniyyəti” və “Musiqi dünyası” dərnəklərinin üzvləri hazırladığı şeir kompozisiyası, mahnı və rəqs nömrələri ilə çıxış etdilər.

Tədbirin keçirilməsində məqsəd “Bayraq günü”nü qeyd etmək, uşaqları bayram haqqında məlumatlandırıb, vətənə, bayrağa məhəbbət və hörmət hissini aşılamaqdır.

Tədbirdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşları, 44 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak etdi.

Tədbirin təşkilatçıları: “İntellekt” dərnəyinin rəhbəri Məsmə Heydərova, “Erudit” dərnəyinin rəhbəri Sevinc Cəfərquliyeva, “Nitq mədəniyyəti” dərnəyinin rəhbəri Vəfa Həşimova, “Musiqi dünyası” dərnəyinin rəhbəri Yavər Abbasov.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )