"Siyasi məhbus" dəllalları pula görə ayrıldılar - - Sənan Nəcəfov yazır..

"Siyasi məhbus" dəllalları pula görə ayrıldılar - Sənan Nəcəfov yazır..

AZpress.AZ xəbər saytı Sənan Nəcəfovun "siyasi məhbuslar" haqqında yazdığı məqaləsini təqdim edir:

Müxalifət maskası taxaraq, siyasi məhbus və mühacir dəllallığı ilə məşğul olan xeyli sayda AXCP üzvünün olduğu heç kimə sirr deyil. Zaman-zaman müxalifət düşərgəsində bu alverdən əldə edilən qənimətlər üstündə davalar düşdüyü də çoxlarına məlumdur. Belə davalardan biri bu günlərdə yenə yaşanıb. Musavat.com-a daxil olan məlumata görə, Milli Şura üzvlərinin pul davası “Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” adlanan qurumda da davam edir. Milli Şura Koordinasiya Mərkəzinin (diqqət yetirin, bu, Milli Şuranın ali rəhbər orqanında təmsil olunan şəxslərdir-red.) üzvləri Eldəniz Quliyev və Oqtay Gülalıyevin Avropadan gələn maliyyə vəsaitini bölüşdürə bilməməsi böyük qalmaqala səbəb olub. Siyasi məhbusların müdafiəsi ilə bağlı heç bir real iş görə bilməyən bu şəxslərin maliyyə vəsaiti əldə etmək uğrunda davası yeni bir təşkilatın yaradılması ilə nəticələnib.

Belə ki, Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri), Eldəniz Quliyev (Azərbaycan Ziyalılar Birliyinin sədri) və Hilal Məmmədov (“Tolışi Sədo” qəzetinin baş redaktoru) birləşərək “Siyasi Məhbuslara Azadlıq” ittifaqını yaradıblar. Oqtay Gülalıyevin rəhbərlik etdiyi dəstə isə “Siyasi Məhbusların Müdafiəsi Mərkəzi” çərçivəsində fəaliyyətlərini davam etdirirlər. 

Sənan Nəcəfov

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !