Əsas faktlar bunlardır,...gerisi təfərrüatdır - - Akif Aşırlı

Əsas faktlar bunlardır,...gerisi təfərrüatdır - Akif Aşırlı

Bəzi insanlar Cümhuriyyət tarixi və tarixşünaslığının yerini səhv salvığından yanlış fikirlər irəli sürür, insanlar səhv yönləndirilir, ona görə də bu kiçik qeydləri etməyə məcburam. Cümhuriyyət tarixşünaslığı 1917-ci ilin fevral inqilabından sonra başlayır. Rusiya müstəmləkəsi xalqlarının milli-azadlıq mübarizəsinin ilk mərhələsinin başlancığı da bu tarixdən hesablanır. Gizli partiyalar ("Müsavat", "Hümmət", "İttihad", "Difai" və digərləri) bu tarixdən sonra açıq fəaliyyətə keçir, müxtəlif ideologiyalara xidmət edən qəzetlər azad çap olunur, qeyri-hökumət təşkilatlarının sayı durmadan artır. Bütün Qərb tarixşünasları, elə bizim öz tarixçi alimlərimiz Yaqub Mahmudov, Cəmil Həsənli, Nəsib Nəsibzadə, Musa Qasımlı və digərləri də bu cür qəbul edib və qəbul edir. Milli Azərbaycan Ordusunun ilk özəyi 1917-ci ilin dekabrın 8-də general-leytenant Əliağa Şıxlınski tərəfindən Müsəlman Korpusu şəklində qurulub. Bu tarixə kimin əlavəsi ola bilər? O ki, qaldı Qafqaz İslam Ordusuna, mənim baxışıma görə, bu kiçik bir Turan ordusu idi. Azərbaycan türkləri və Anadolu türklərinin qan əqrəbalığının, mənəvi və fiziki güc birliyinin vəhdətindən doğurdu. Haqqını verməyə çalışdığımız Nuru Paşa Türkiyənin və Azərbaycanın qəhrəman övladıdır. Onun formalaşdırdığı ordu 6 ay savaş apardı, 1140 şəhid verdi, 2 min Azərbaycan əsgəri şəhid mərtəbəsinə yüksəldi. Əsas faktlar bunlardır, anadolu qardaşlarımız demişkən, gerisi təfərrüatdır. 

Akif Aşırlı

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )