Əməkdar Jurnalist İlyas Adıgözəllinin 80 illik yubileyi münasibəti ilə tədbir keçirildi - ViDEO+FOTOLAR ( AZpressAZ - Əli Qocayev)

Əməkdar Jurnalist İlyas Adıgözəllinin 80 illik yubileyi münasibəti ilə tədbir keçirildi ViDEO+FOTOLAR ( AZpressAZ - Əli Qocayev)

1VİDEO-REPORTAJ: >>>  https://www.youtube.com/watch?v=4Qylsgj_0cI&feature=youtu.be

 2VİDEO-xronika: : >>> https://www.facebook.com/rasim.sadixov/videos/2020235791353685/UzpfSTEwMDAwMTAxODUwODk5OToyMDIwMjg2MjkxMzQ4NjM1/?notif_id=1541708678064353&notif_t=feedback_reaction_generic&_rdc=1&_rdr

 

AZpress.AZ xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin "Keçmişə ehtiramla, gələcəyə inamla!" layihəsi çərçivəsində növbəti tədbir keçirildi. Əməkdar jurnalist İlyas Adıgözəllinin 80 illik yubileyinə həsr olunmuş mərasimi Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov açdı, yubilyarın keçdiyi həyat və yaradıcılıq yolundan danışdı, ona Mətbuat Şurası adından diplom təqdim etdi. Qocaman qələm sahibinə Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də verildi. Məzahir Süleymanzadə, İntiqam Mehdizadə, Oqtay Rza, Əlövsət Bəşirli, Aydın Əliyev, Zıhrab Zeynallı, Yasin Qaraməmmədli, Azadə Hüseynova, Sevda Saleh, Həmid Vəliyev, Əli Məhəmmədoğlu, Cabir Mahmudov və başqaları çıxış etdilər. Yubilyar İlyas Adıgözəlli Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşova, Ahıl Jurnalistlər Məclisinə, mərasim iştirakçılarına minnətdarlığını bildirdi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )