“Sevgi şimşəyi” adlı yeni tamaşanın təqdimatı olmuşdur - (+FOTOLAR)

“Sevgi şimşəyi” adlı yeni tamaşanın təqdimatı olmuşdur (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, noyabrın 7-də Bakı Uşaq Teatrında “Sevgi şimşəyi” adlı yeni tamaşanın təqdimatı olmuşdur. Təqdimatda Teatr Xadimləri İttifaqının nümayəndələri iştirak etmişlər. Tamaşadan sonra Teatr Xadimləri İttifaqının sədr müavinləri xalq artisti, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü, rejissor, aktyor Rafiq Əliyev və xalq artisti, dövlət mükafatı laureatı Hacı İsmayılov, həkim-narkoloq. Yazıçı, dünya xalqları yazıçılar birliyinin üzvü Asif Kəngərli çıxış etmişlər, tamaşa haqqında fikir mübadiləsi aparmışlar. Tamaşa teatr mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilmiş, maraqla qarşılanmışdır.

Böyüklər üçün nəzərdə tutulan tamaşada hadisələr sevgi hekayəsi üzərində qurulsa da əslində burada cəmiyyətdə yaşanan aktual problemlərə, valideyn-övlad münasibətlərindəki anlaşılmazlıqlara, şəxsiyyətin formalaşmasına təsir edən mühüm amillərə toxunulur. Tamaşa komediya janrında hazırlanıb.

Tamaşanın quruluşçu rejissoru respublikanın əməkdar artisti İntiqam Soltandır. Rolları Bakı Uşaq Teatrının aktyorları Mehman Piriyev, Gülər Ləzgiyeva və Ədalər Ağaverdizadə ifa edirlər. Bəstəkar Mahir İbrahim və rəssam Sevda Məmmədovanın da üzərində işlədikləri tamaşa Rövşən Ağayevin “Bir gecənin nağılı” pyesinin motivləri əsasında hazırlanıb.

Tamaşanın premyerası qarşı tərəfin dəvəti ilə Türkiyədə keçiriləcək.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )