Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildi - ViDEO+FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “qeyd edildi ViDEO+FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

ViDEO-REPORTAJ 10 NOYABR GECƏ SAAT 02:00-da YERLƏŞDİRİLƏCƏK (HAZIRLANIR)...

 

AZ press.AZ –ın bölgə müxbiri xəbər verir ki, 8 noyabr 2018-ci il tarixində Ağcabədi rayonunda “ BAYRAQ GÜNÜ “ ilə əlaqədar tədbir keçirildi.Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm heykəlinin önünə tər çiçəklər düzərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etdilər.
Daha sonra Dövlət bayrağı meydanında rayon məktəbliləri arasında rəsm müsabiqəsi və şahmat yarışı keçirilib. Dövlət himninin ifası ilə başlayan tədbirdə məruzə ilə çıxış edən RİHB-nın müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva əlamətdar gün münasibətilə ağcabədililəri təbrik edib,cənab Prezident İlham Əliyevin Sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirildi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Ağcabədi şəhərində də Bayraq muzeyi və bayraq meydanı inşa edilib.
Dövlət rəmzlərinə hər zaman ehtiramla yanaşan vətənpərvər ağcabədililərin dəstəyi ilə rayonumuzda smeta dəyəri 1.235.000 manat olan 0.81 ha torpaq sahəsində ümumi sahəsi 1410 kv.metr , 3 mərtəbəli müasir memarlıq üslubunda möhtəşəm Bayraq Muzeyi tikilmişdir. Bayraq Meydanında dirəyin uzunluğu 65 m,bayrağın uzunluğu 16,eni isə 8 metrdir.
Tədbirdə məktəblilər Azərbaycan bayrağına həsr olunan şeirlər söyləyib, rəqs ediblər. Bayram tədbiri Ağcabədi mədəniyyət işçilərinin təşkil etdiyi konsert proqramı ilə başa çatıb.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )