Mərkəzi Elmi Kitabxanaya macar tədqiqatçılarının kitabları daxil edilib - (+FOTOLAR)

Mərkəzi Elmi Kitabxanaya macar tədqiqatçılarının kitabları daxil edilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” və “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabları daxil olub.

Tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublunun “Qafqaz İslam Ordusunun Azərbaycanda izləri” tarixi fotokitabı 1918-ci ildə Azərbaycana xilaskar bir qüvvə kimi gəlib vətənimizi bolşevik-daşnaq qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandanı Nuru Paşanın fədakarlığına həsr edilib. Kitabda Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycanda bu gün də qorunub saxlanılan izləri ilə bağlı maraqlı məlumatlar verilib.

Marie Nagi və Vidak İştvanın macar dilində olan “Keçə sənəti. Ənənələr və yeniliklər” kitabında tanınmış rəssamların dünya keçə sənətinin tarixi və inkişafı ilə bağlı məqalələri toplanıb. Avropada keçə sənətinə olan marağın canlanması macar sənətçisi Vidak İştvan və etnoqraf, tekstil mütəxəssisi Marie Nagi adları ilə əlaqələndirilir.

2005-ci ildə Almaniyada onların birbaşa iştirakı ilə Beynəlxalq Keçə Akademiyası yaradılıb və bir il sonra Hollandiyada onun filialı təşkil olunub.

Qeyd edək ki, kitab Mərkəzi Elmi Kitabxananın Diplomatik fondunda yerləşdirlib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )