“Bank BTB” 9 Noyabr - Dövlət Bayrağı Günündə xüsusi rejimdə fəaliyyət göstərəcək -

“Bank BTB” 9 Noyabr - Dövlət Bayrağı Günündə xüsusi rejimdə fəaliyyət göstərəcək

AZpress.AZ xəbər verir ki, 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar “Bank BTB” əhalinin bank xidmətlərinə əlçatanlığını təmin etmək üçün xüsusi rejimdə fəaliyyət göstərəcək.
Bayramda bankın “Gənclik-1”, “Gənclik-2”, “İnşaatçılar”, “Sahil” və “28 May” şöbələrində əhaliyə depozit qəbulu, pul köçürmələri, kommunal ödənişlər, kassa əməliyyatları və bu kimi digər xidmətlər göstəriləcək. “Bank BTB”nin xidmətlərindən yararlanmaq istəyənlər adları qeyd olunan şöbələrə saat 10:00-dan 18:00-dək yaxınlaşa bilərlər.
Bankın xidmət nöqtələri ilə https://www.btb.az/az/officees linkindən tanış olmaq mümkündür. Bank xidmətləri haqqında ətraflı məlumat üçün Məlumat Mərkəzinə (012 946) zəng edə və ya www.btb.az internet ünvanına və ya bankın Facebook səhifəsinə (www.facebook.com/bankbtb) daxil ola bilərsiniz.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )