Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər... - (+FOTOLAR)

Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkdilər... (+FOTOLAR)

Jurnalist Ekspert Mərkəzinin (JEM) dəstəyi ilə Polşa Respublikasının paytaxtı Varşava şəhərində Azərbaycan nağıllarına həsr olunan tədbir keçirilib.
169 nömrəli tam orta məktəbin kitabxanasında Maria Grykayanın rəhbərliyi ilə gerçəkləşən Beynəlxalq Nağıl Gününə həsr olunan tədbir çərçivəsində şagirdlərə Azərbaycan nağılları təqdim olunub.
Uşaq mahnılarının bəstəkarı və uşaq yazarı, pianoçu Katarzyna Kulikowska, rəssam-müəllim Gilan Əzizxanlı "Kəpənəyin nağılı", "Tülkü və Hacıleylək" nağıllarını polyak və Azərbaycan dillərində səsləndiriblər. Təəssüratları əsasında nağıllara illüsturasiyalar çəkən polşalı şagirdlərə JEM-in diplomları verilib.
"Tülkü və Hacıleylək" nağılını Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universtetinin baş müəllimi Samirə Abdullayeva, “Kəpənəyin nağılı”nı Slavyan unversitetinin məzunu Səbinə Yunisova polyak dilinə çevirib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )