Dünya xalqlarının himnləri... - - Firuz Mustafa qeyd edir..

Dünya xalqlarının himnləri... - Firuz Mustafa qeyd edir..

AZpress.AZ xəbər saytı Firuz Mustafanın dünya xalqlarının himnləri barəsində yazdığı məqaləsini təqdim edir:

Yaponların himninin sözləri haradasa 10-11-ci əsrlərdə meydana gəlib. Müəllif naməlumdur. Həmin yıgcam mətnə 1880-ci ildə musiqi bəstələnib. Rəsmən himn kimi 1999-cu ildə təsdiq olunub.


Yunanların himni 19-cu əsrin əvvəlində yaranıb. Mətn 96 sətirdən ibarətdir. Yəni çox uzun bir şeirdir.

Amma adətən cəmi əvvəldə olan 8 misra oxunur.


Türklərin himni (İstiqlal marşı) 41 misradan ibarətdir. Mətn müəllifi Məhməd Akif Ərsoydur.


Amerikanların himninin mətni 24 misradır.


Qazaxıstanın himninin mətni 24 misradır.


İngilislərin himninin mətni 21 misradır.


Ukraynanın himninin mətni 20 misradır.


Ermənilərin himninin mətni 16 misradır.


İranın müasir himninin mətni 8 misradır.


İsrailin himninin mətni 8 misradır.


Laplandiyalıların himni var, dövləti yoxdur.


Bizim himnimizin mətni cəmi 20 misradan ibarətdir. (Müəllifləri də çoxunuz tanıyır. Bəzi şair və müğənnilərdən başqa))... 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )