“Rusiya Qarabağ münaqişəsinin həllini istəmir”... -

“Rusiya Qarabağ münaqişəsinin həllini istəmir”...

“Rusiya dövləti Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir”.


Bu fikirləri “Ölkə.Az”a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə bildirib.

 

Komitə sədri deyib ki, Qarabağ probleminin həlli Rusiyanın dövlət maraqlarına cavab vermir:

 

“Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yaxşıdır. Ancaq açığını deyim ki, mən Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində pozitiv rol oynayacağına inanmıram. Bunun da əsas səbəbi Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın dövlət maraqlarına uyğun deyil. Nə zaman Rusiya bu münaqişənin həllinə ciddi maraq göstərsə, o zaman problem öz həllini tapa bilər”. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )