“İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimat mərasimi keçirilib - (+FOTOLAR)

“İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimat mərasimi keçirilib (+FOTOLAR)

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və “İnkişafa Doğru” RSİİD İctimai Birliyinin təşkilatçılığı ilə tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı İsrafil Məmmədovun müəllifi olduğu “İrəvan - Azərbaycanın qədim mədəniyyət mərkəzi” adlı kitabın təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri İradə Rizazadə tədbiri açaraq İ.Məmmədovun yaradıcılığından söz açıb. Tədbirin İ.Məmmədovun 91 illiyinə təsadüf etdiyini qeyd edən İ.Rizazadə alimin Azərbaycan tarixi həqiqətlərinə dair yaratdığı əsərlərdən, xüsusən də İ.Məmmədovun indiki Ermənistan Respublikasının arxivlərindən əldə etdiyi məlumatlarla əsaslı faktlara söykənən dəyərli əsərlər yaratdığını qeyd etmişdir. O, həmçinin nəşr olunan kitab haqqında məlumat verərək bildirmişdir ki, kitabda Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın ədəbi-bədii fikir, elmi-nəzəri düşüncə, ictimai təfəkkür, milli-mənəvi tarixindən, İrəvanda yaşayıb-yaradan ziyalılarımızdan, orada fəaliyyət göstərən mətbu orqanlardan və teatr tariximizdən söhbət açılır.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İctimaiyyətlə Əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud çıxış edərək alimi 91 yaşı münasibəti ilə təbrik etmiş və Azərbaycan tarixinə dair ictimai maarifləndirmə sahəsində xidmətlərinə görə alimə QHT-lərə Dövlət Dəstəyi Şurasının Fəxri Fərmanını təqdim etmişdir.
Tarixçi-alimlər Firdovsiyyə Əhmədova və Elmar Məhərrəmov da İ.Məmmədovun Ermənistan-Azərbaycan münaqişəsinə dair yazdığı əsərlərini, eyni zamanda İrəvanın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu tarixi faktlarla sübut edən bu kitabı yüksək qiymətləndirmişdirlər.
Xalq yazıçısı Mövlud Süleymanlı, QHT rəhbərləri Qorxmaz İbrahimli, Telman Qasımov, Əziz Ələkbərli və digər ziyalılar çıxış edərək İsrafil Məmmədovla bağlı xatirələrini bölüşmüş, nəşr olunan kitabın Azərbaycan, xüsusən İrəvan torpaqları ilə bağlı tariximizin öyrənilməsində xüsusi yeri olduğunu vurğulamışlar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )