Flora Kərimova ilə mübahisə... - - Amaliya Pənahovanın vida mərasimində...(+ViDEO)

Flora Kərimova ilə mübahisə... - Amaliya Pənahovanın vida mərasimində...(+ViDEO)

Xəbər verdiyimiz kimi, xalq artisti Amaliya Pənahova ilə vida mərasimində xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaşanıb. Buna səbəb isə vida mərasiminə gec qatılan F. Kərimovanın yazıçının yanında əyləşməsi olub.

AZpress.AZ unikal.org-a istinadən xəbər verir ki, xalq artisti Flora Kərimova vida mərasimində protokol qaydalarını pozub. Belə ki, F.Kərimova mərasimə gec gəldiyindən çıxış üçün səhnəyə gedən mədəniyyət naziri Əbülfəs Qarayevin yerində əyləşib. Xalq artisti “Azdrama”nın bələdçisinin xəbərdarlığına da məhəl qoymayıb.

 

Səhnədə olan nazir Əbülfəs Qarayev çıxışını başa vurduqdan sonra Flora Kərimovanın onun yerində oturduğunu görüb, başqa yerdə əyləşmək məcburiyyətində qalıb.

Məsələ ilə bağlı xalq yazıçısı Elçin Əfəndiyevlə əlaqə saxlanılıb. Xalq yazıçısı F.Kərimova ilə aralarında yaşanan mübahisəyə bir cümlə ilə cavab verəcəyini bildirib: “Görünən dağa bələdçi lazım deyil, hər kəs hər şeyi gördü”.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )