Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir - (+FOTO)

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.
Nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiya¬sının icraçı direktoru Nensi Selfric ilə görüşüb. Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

                                                                     

                                                           ***

 

Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdəKaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib.Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi iləTürkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsiarasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

 

                                                          ***

 


Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri ilə keçirilib. Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində,o cümlədən ABŞ-da diasporilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb. Yəhudi diasporunun təcrübəsinin öyrənilməsi imkanları və mexanizmləri müzakirə edilib.
Keçirilən görüşlərdə Azərbaycanın Los-Anceles şəhərindəki Baş konsulu Nəsimi Ağayev də iştirak edib. 

 


! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !