Həmyerlimiz islam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq - (+FOTO)

Həmyerlimiz islam dünyasının idmanda təmsil olunan xanım nümayəndələrini bir araya toplayacaq (+FOTO)

 AZpress.AZ xəbər verir ki, 14-15 noyabr 2018-ci il tarixlərində Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) 28-ci iclası keçirilmişdir.

İclasda Azərbaycandan İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin ilk xanım üzvüvə İstanbulda keçiriləcək növbəti İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının üzvü -Könül Nurullayeva iştirak etmişdir.

İHİF-nın “ Qadın və İdman” Komitəsinin rəhbəri - Könül Nurullayeva öz çıxışında gender bərabərliyi ilə bağlı aktual məsələlərə toxunmuş, bu istiqamətdə araşdırmalar aparıb ciddi addımlar atmağın vacibliyini qeyd etmişdir.

İlk dəfə olaraq Könül Nurullayeva tərəfindən“İdmanda qadın siyasətinin həyata keçirilməsində gender məsələləri üzrə islam dövlətlərinin məsul şəxslərin iştirakı ilə konfransın” təşkili və daha iki layihə İcraiyyə Komitəsinə təqdim olunmuşdur.İcraiyyə Komitəsi layihələri dəyərləndirib 2019-cu ildə icrası ilə bağlı razılıq vermişdir.

Eyni zamanda tədbir zamanı Banqladeşda keçirilən İHİF-nın 2-ci Kamandan Oxatma, cari ilin iyul ayında Bakı şəhərində keçirilən 2-ci Tennis çempionatının hesabatları, İstanbul şəhərində keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq mərhələsi, 2019-cu ildən etibarən Səudiyyə Ərəbistanda təşkil olunacaq Gənclərin 1-ci İslam Həmrəyliyi Oyunlarının hazırlıq hesabatı, Milli Olimpiya Komitələri arasında imzalanacaq Anlaşma Memorandumları və s. mövzular müzakirə olunmuşdur.

Nəzərinizə çatdırmaq istərdik ki, 2017-ci ilin may ayında Azərbaycan 57 islam dövlətini özündə birləşdirən, Beynəlxalq Olimpiya Komitəsindən sonra ikinci böyük təşkilat hesab edilən İslam Həmrəylik İdman Federasiyasının 4 ildən bir keçirilən oyunlarına ev sahibliyi etmişdir. Qeyd edək ki, Könül Nurullayeva Bakıda keçirilən İslam Həmrəylik Oyunları zamanı Milli Olimpiya Komitələri ilə Əlaqələr şöbəsinə rəhbərlik etmişdir və 2013-cü ildən etibarən İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin yeganə xanım üzvüdür. Ölkəmizin nümayəndəsinin bu mötəbər qurumda təmsil olunması bizim üçün xoş və qururvericidir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !