Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir - - Rufiz Qonaqov

Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir - Rufiz Qonaqov

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri kimi təqdim edən Bako Saakyanın Fransaya qanunsuz səfəri beynəlxalq hüququn normalarına ziddir. Bu, həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın adına qara ləkədir.

Bu fikri açıqlamasında siyasi ekspert, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib.

Ekspert vurğulayıb ki, Fransa hökumətinin bu məsələ ilə bağlı lazımi ölçü götürməməsi bir daha onu deməyə əsas verir ki, bu ölkə ATƏT-in Minsk qrupunun həmsədri kimi qala bilməz. Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlər edən belə şəxslər dərhal Fransa hökuməti tərəfindən cəzalandırılmalı, belə qanunsuz hərəkətlərin qarşısı alınmalıdır. Ermənilərin təhriki ilə hərəkət edən ermənipərəst dairələr anlamalıdırlar ki, onların bu hərəkətləri ölkəmiz tərəfindən cavabsız qalmayacaq və ədalət tezliklə öz yerini tapacaq. İşğalçılara şəriklik edənlər bilməlidirlər ki, Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, tarixi torpaqlarımız erməni terrorçularından təmizlənəcək.

Ekspert qeyd edib ki, Fransa ən qısa zamanda bu biabırçı hərəkətlərinə son qoymalı, əks təqdirdə, ATƏT-in Minsk qrupunun həmsədrliyindən uzaqlaşdırılmalıdır. Beynəlxalq hüquq və beynəlxalq təşkilatlar Azərbaycanın tərəfindədir. Dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bako Saakyanın Fransaya səfəri isə oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönəlmiş növbəti uğursuz cəhddir. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !