Sumqayıt Dövlət Dram Teatrında növbəti premyera - (+FOTOLAR)

Sumqayıt Dövlət Dram Teatrında növbəti premyera (+FOTOLAR)

 AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrında Vaqif Səmədoğlunun “Mamoy kişinin yuxuları” əsərinin premyerası keçirildi. 50 yaşlı kollektiv illər öncəsində də Vaqif Səmədoğlunun dramaturgiyasına müraciət etmişdi. Müəllifin sosial –fəlsəfi pyeslərində qəhrəmanların xarakterləri düşdükləri stuasiyada daha aydın görünür.

Əməkdar artist Namis Şirməmmədovun quruluş verdiyi “Mamoy kişinin yuxuları” tamaşasında da maraqlı rejissor tapıntıları və diqqətçəkən oyun tərzi var. Tamaşada Dağlar Rüstəmov, Sevda Hüseynova, İlqar İbrahimov, Mətanət Əmirullayeva, İlham Səfərli, Siyavuş Mahmudov, Akif Mirzəyev, Yalçın Səlimov, Şəmistan Süleymanlı, Vaqif Səmədzadə və Füzuli Qərənizadə yer alıblar. Tamaşanın quruluşçu rəssamı Arif Müzəffərov, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Quruluşçu rejissor dramaturq Vaqif Səmədoğludan gələn fəlsəfəni, incə yumoru, bəzi məqamlarda sarkazmı ustalıqla qoruyub saxlayıb və tamaşaçılara çatdıra bilib. Personajların hər biri üçün düşünülmüş mizanlar, musiqi və geyim əlbəsələri bütövlükdə canlı, baxımlı tamaşanın ərsəyə gəlməsinə rəvac verib.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !