Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib - (+FOTOLAR)

Cocuq Mərcanlıda biznesini qurmaq istəyən xanımlar üçün təlim keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) birgə həyata keçirdiyi “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində öz biznesini qurmaq istəyən xanımlara təlim keçirilib.

 

Beynəlxalq Əmək Təşkilatının master təlimçisi Azad Rəhimov tərəfindən keçirilən təlimdə xanımlar biznes planın hazırlanması, bazarın təhlilinin aparılması, məhsulun və xidmətin maya dəyərinin hesablanması, reklam və marketinq strategiyasının qurulması ilə bağlı müəyyən bilik və bacarıqlara yiyələniblər.

 

14-15 noyabr tarixlərində keçirilən təlimlərdə Cocuq Mərcanlı kəndinin və Füzuli rayonunun bir sıra kəndlərinin sakinləri iştirak ediblər.

 

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi qadınlarda sahibkarlıq düşüncəsini inkişaf etdirmək, yeni bizneslərin yaradılmasına təkan verməkdir.

 

Qeyd edək ki, layihə çərçivəsində eyni təlimlər ötən ay Bakı və Sumqayıt şəhərlərində, Quba, Xaçmaz,Salyan və Neftçala rayonlarında keçirilib. Eyni mövzuda təlim 16 və 17 noyabr tarixlərində isə Mingəçevir şəhərində keçirilir.

 

Yekunda təlimdə iştirak etmiş və biznes planlar hazırlayan qadınlar arasında kiçik qrant müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə qalib gələn 50 qadına sahibkarlıq fəaliyyəti üçün maliyyə dəstəyi ayrılacaqdır. 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !