Azərbaycanlı teatrşünaslar beynəlxalq konqresdə iştirak edir -

Azərbaycanlı teatrşünaslar beynəlxalq konqresdə iştirak edir

AZpress.AZ xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professorları Məryəm Əlizadə və İsrafil İsrafilov Rusiyada işgüzar səfərdədirlər. Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri Məryəm Əlizadə və həmin təşkilatın sədr müavini İsrafil İsrafilov Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının Avropa Teatrı Mükafatı ilə birgə təşkil etdiyi 29-cu Dünya Konqresində iştirak edəcək.

Rusiyanın Sankt-Peterburq şəhərində 13-18 noyabr tarixlərində baş tutacaq tədbirdə teatr sənətinin aktual problemləri müzakirə olunacaq. BTTA-a prezident seçkisindən sonra VII Thalia Mükafatı təqdim olunacaq. Bu ilki mükafat alman teatrşünas, postdramatik və müasir teatr nəzəriyyəçisi Hans-Tis Lemana təqdim olunacaq.

Konqres çərçivəsində dünyanın 100-dən artıq ölkəsindən gəlmiş teatrşünasların iştirakı ilə “Səhnə sənətləri: azadlıq və tolerantlıq” mövzusunda teatr konfransı keçiriləcək. Azərbaycanlı professorlar Məryəm Əlizadə və İsrafil İsrafilov konfransda məruzə ilə çıxış edəcəklər
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !