Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər mövzusunda regional seminar keçirildi - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

“Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirildi +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Noyabrın 16-da Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Ağcabədi rayonunda “Mənəvi dəyərlərin təbliğində fərdi və ictimai amillər” mövzusunda regional seminar keçirilib.
AZpress.AZ – ın bölgə müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, ilahiyyatçı-ekspert Şəhriyar İsmiyev, DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev rayonda mənəvi dəyərlərin təbliği ilə bağlı keçirilən tədbirlərin gənclərə müsbət təsir göstərdiyini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fond tərəfindən keçirilən tədbirlər haqqında geniş məlumat verib, fərdi və ictimai müstəvidə mənəvi dəyərlərin təbliğ edilməsinin vacibliyini vurğulayıb. C.Əliyev milli və mənəvi dəyərlərimizin bir-biri ilə sıx bağlı olduğunu qeyd edib.
İlahiyyatçı-ekspert Şəhriyar İsmiyev mənəvi dəyərlərin mahiyyəti və dini düşüncədə yeri haqqında məruzə ilə çıxış edib.
Regional seminarda Heydər Əliyev Mərkəzinin direktoru Məhsəti Ağayeva gənclərin tərbiyəsində mənəvi dəyərlərin yeri haqqında fikirlərini bölüşüb, müasir dövrdə mənəvi dəyərlərin təbliğinə böyük ehtiyac olduğunu vurğulayıb.
Vətənpərvərliyin və dövlətçiliyin əsas mənəvi dəyərlərimizdən olduğunu bildirən DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov gənclərə bununla bağlı tövsiyələrini çatdırıb.
Regional seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbəsi, Tələbə Elmi Cəmiyyətinin sədri Anar Əliyev, Ağcabədi Pedaqoji Texnikumunun tələbəsi Röyalə Hümbətova mövzuya aid məruzələrlə çıxış ediblər.
Tədbir müzakirələrlə davam edib.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !