Ağcabədi şəhər uşaq bağçasında Qızıl payız adlı tədbir keçirildi - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi şəhər uşaq bağçasında “Qızıl payız” adlı tədbir keçirildi +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi şəhər 8- saylı körpələr evi uşaq bağçasında payız fəsli ilə əlaqədar gözəl tədbir keçrild.
Hər fəslin öz gözəlliyi olduğu kimi, payız fəslinin də öz əhval-ruhiyyəsi vardır. Payız qışın xəbərçisidir. Gözəlliyi ilə göz oxşayan bu fəsil, bərəkəti ilə də könül oxşayır.
Tədbir Azərbaycan Respublikasının Himni ilə başladı. Daha sonra payız fəsli haqda məlumat verildi. Uşaqlar payıza aid şeirlər, musiqilər səsləndirdilər. Rəngarəng rəqs nömrələri bir birini əvəz etdi. Valideynlərin iştirakı ilə keçirilən tədbir onların sevincinə səbəb oldu.

Tərbiyəçilər Gülnar Bayramova və Aytəkin Axundovanın təşkil etdiyi tədbirdə uşaqlar tərəfindən "Azərbaycanım", "Bayrağım", "Payız gəldi" və s. mahnıları ifa olundu.Müxtəlig səhnəciklər nümayiş olundu. Milli geyimlərlə balaca fidanlar rəqs etdilər.
Bağçanın müdiri Əsmər müəllimə də öz ürək sözlərini dilə gətirib uşaqları təbrik etdi və gələcək işlərində müvəffəqiyyətlər arzuladi.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !