Müharibə veteranından ölkə rəhbərliyinə müraciət... -

Müharibə veteranından ölkə rəhbərliyinə müraciət...

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev cənablarına


Surəti:


Birinci Vitse Prezident
Mehriban xanım Əliyevaya

 

İnsan, sahibkar, vətəndaş kimi dəfələrlə etdiyim müraciət Baş prokurorluq, Daxili İşlər Nazirliyi tərəfindən araşdırılmadığına görə dövlətimi tərk edirəm. Ləğv edilmiş MTN və NN əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində dövlətimdən didərgin salındım.
05.02.2016-ci ildə Nəqliyyat Nazirliyinin binası qarşısında özünü yandırılma həddinə çatdırıldım. Müraciətim əsasında Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində152006057 nömrəli cinayətişi iki ildən (? ) artıqdır ki, araşdırılır.
Avtobusum neçə illərdir ki, arxası generala söykənmiş polis zabiti tərəfindən oğurlanıb. Məhkəməhüquq-mühafizə orqanları məhkəməyə müraciət etməyimi məsləhət bilirlər.
Məmur saxta sənədlərlə məni məhkəməyə verdi. Məhkəməyə təqdim edilmiş sənədlərin içərisində çıxarılan qərarda olmayan sənəd göstərildi. Sizə etdiyim müraciət əsasında nazirliyin binasında əməkdaşla üzləşmə aparıldı. Təqdim olunmuş sənədlərə baxış keçirildi. Sənədin olmaması öz təsdiqini tapdı. Ədalətli həll olunacağı söz verilsə də bu günə qədər nəticə yoxdur.
Əmlakımın əlimdən alınması üçün dövlət arxivinə saxta sənədlər qoyuldu. Hüquq-mühafizə orqanlarına müraciətimdə sənədlər təqdim etdim, araşdırılmadı.
Mənim qeydiyyat və yaşayış yerim Abşeron rayonudur. Hadisə törətmədiyim rayonda mülki iş məhkəməyə verilir. Kimin sifarişi ilə? Hakimlərin bilərəkdən etdiyi qanun pozuntusuna nə ad verək?
Dövlət vergisi ödədyim avtobuslar əlimdən alınaraq aparılır. İki-üç aydan sonra qaytarılır və bilərəkdən bu vəziyyət yenidən təkrarlanır.


Möhtərəm Preziten İlham Əliyev!


Möhtərəm 1-ci Vitse Prezident Mehriban xanım Əliyeva!


Sizlərə səsimi çatdırmaq üçün Tiflis şəhərində Türkiyə səfirliyi qarşısında 20 noyabr 2018-ci il tarixdən etibarən aclığa başlayacam.

 

AMAL-D MMC-nin direktoru: Dönməz Məmmədov
Müharibə veteranı vəsiqə №047360
19 noyabr 2018

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !