Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirildi - (+FOTOLAR)

Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbir keçirildi (+FOTOLAR)

20.11.2018-ci il tarixdə Xətai Sənət Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin 20 noyabr – Beynəlxalq Uşaq Hüquqları Gününə həsr olunmuş tədbiri keçirildi.
Tədbirin keçirilməsində məqsəd, uşaqları öz hüquqları,vəzifələri ilə yaxından tanış etmək və Azərbaycan Respublikasının layiqli vətəndaşı kimi böyümələrini təmin etməkdir.
İlk öncə Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vəfa İsmayılova çıxış edərək hərkəsi salamladı, həmçinin Ümumdünya Uşaq Hüquqları Gününün əhəmiyyətini, ölkəmizdə uşaq hüquqlarının müdafiəsini və bu cür tədbirlərin keçirilməsinin vacibliyini vurğuladı. Çıxışdan sonra Mərkəzin “Rəsm” dərnəyinin üzvlərinin uşaq hüquqları ilə bağlı çəkdikləri rəsmlərə baxış keçirildi.
Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məktəb teatrı” dərnəyinin üzvləri uşaq hüquqlarına aid nümayiş etdirdikləri səhnəciklər qonaqlar tərəfindən alqışlarla qarşılandı. Tədbir boyu “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri bir-birindən maraqlı rəqslər və mahnılarla çıxış etdilər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !