Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq konfransını həyata keçirdi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” konfransını həyata keçirdi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, "Sahibkarlığın Inkişafı" həftəsi çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası 15 noyabr tarixində “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” konfransını həyata keçirdi.
Konfrans Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının təşəbbüs və təşkilatçılığı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Turan Bank, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin eyni zamanda Bakı Tekstil Fabrikinin maddi dəstəyi ilə həyata keçirildi.
“Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” adlı ilk konfransının həyata keçirilməsində əsas məqsəd qadın sahibkarlığının inkişafına dəstək olmaq, onlar üçün yeni imkanlar yaratmaqdan ibarətdir.
Qeyd edək ki, konfransın birinci hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Xanım Hicran Hüseynova, Azərbaycan Respublikasının Baş nazirinin müavini Cənab Əli Əhmədov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Cənab Qulam İsakzai, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası İdarə Heyətinin sədri Xanım Səkinə Babayeva, Azərbaycan Respublikası Milli Məclisinin Iqtisadi-siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Cənab Ziyad Səmədzadə, İqtisadiyyat Nazirliyi Sahibkarlığın inkişafı siyasəti və tənzimlənməsi şöbəsinin müdiri müavini Cənab İlqar Poladov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Konfederasiyasının Prezidenti Cənab Məmməd Musayev, GİZ, SLRF Layihə Rəhbəri Xanım Gülnarə Məmmədova, Qadınlar Cəmiyyətinin (Dağıstan Respublikası) sədri Xanım İntizar Mamutayeva və İşgüzar Qadınlar Birliyinin sədri Xanım Mzii Kereselidce (Gürcüstan Respublikası) çıxış etdilər. Konfransın ikinci hissəsində isə “Sahibkarlıqda qadınlar: biznes və ailə öhdəliklərini necə balanslaşdırmaq olar?” mövzusunda müzakirələr və İnvestorlarla Mentor Saatı baş tutdu.
Və son olaraq, konfrans çərçivəsində xanımların əl işlərindən ibarət sayca 13-cü olan “Göz nuru, Əl əməyi” adlı sərgi təşkil olunubdur. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !