Sumqayıt Dövlət Dram Teatrı məktəblilərin görüşünə gəlib... - (+FOTO)

Sumqayıt Dövlət Dram Teatrı məktəblilərin görüşünə gəlib... (+FOTO)

Sumqayıt Dövlət Dram Teatrının kollektivi Sumqayıt məktəblilərinin estetik zövqünün, dünya görüşünün, bədii anlamının formalaşmasına, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların Azərbaycan və dünya dramaturgiyası nümunələri ilə tanışlığına böyük önəm verir. Elə bu məqsədlə məktəblilərin qısa tətil günlərində kiçik və orta yaş təbəqəsini əhatə edən tamaşaçılar üçün hazırlanmış yeni tamaşalar göstərilir. Noyabr ayında kollektiv rus xalq nağılı əsasında "Kim güclü, kim ağıllı?", Qrimm qardaşlarının "İtkin qız" tamaşalarını balaca dostlarına təqdim edir. "Kim güclü, kim ağıllı" tamaşanın süjet xətti özündə dostluğu, cəsarəti, vətənpərvərliyi ehtiva edir. Teatrın rəhbəri Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə Azərbaycanda ilk dəfə əlaçı, intellektli şagirdlərdən ibarət alternativ bədii şura yaradılıb. Bu da heç şübhəsiz, uşaq və yeniyetmələrin arzu və istəklərinin nəzərə alınmasında, onları düşündürən aktual problemlərə uyğun əsərlərin seçilib repertuara daxil edilməsində səmərəli bəhrəsini verəcəkdir.
Onu da bildirək ki, yaxın günlərdə məktəblilərin qış tətili müddətində onlara maraqlı və bayram əhval-ruhiyyəli yeni il proqramının hazırlanmasına start veriəcəkdir.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !