Ağcabədi rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu - +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

Ağcabədi rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd olundu +FOTOLAR ( AZpress.AZ - Mais İbrahimov, Ağcabədi )

AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, 22 noyabr 2018- ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində 22noyabr – Prokuror işçilərinin peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Əvvəlcə Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış Ulu Öndər Heydər Əliyevin möhtəşəm abidəsinin önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra tədbir İcra Hakimiyyətinin iclas zalında davam etmişdir. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov rayon Ədliyyə əməkdaşlarını Ədliyyə orqanlarının yaranmasının 100 illiyi münasibəti ilə təbrik edərək onlara çətin, məsuliyyətli və şərəfli peşələrində uğurlar arzu etdi.
Daha sonra rayon məhkəməsinin sədri Silduz Ləzimov çıxış edərək bildirmişdir ki, Müstəqil Azərbaycan dövlətində Ədliyyə orqanlarının tarixi Azərbaycan Xalq Cumhurriyyətinin yaranması günündən sonra başlayıb. O, Ulu Öndər Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamına əsasən ölkəmizdə ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunduğunu diqqətə çatdırıb, həyata keçirilən islahatlar nəticəsində ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayıb.
Digər çıxış edənlər də peşə bayramı münasibətilə ədliyyə orqanları əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıblar.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )