Best Model of Azerbaijan ın final tarixi və Münsiflər heyəti dəqiqləşdi - (+FOTOLAR)

“Best Model of Azerbaijan”ın final tarixi və Münsiflər heyəti dəqiqləşdi (+FOTOLAR)

Maraqla gözlənilən “Best Model of Azerbaijan” yarışmasının final tarixi müəyyənləşib.

 

AZpress.AZ xəbər verir ki, tədbir 28 noyabrda “Fairmont Baku Flame Towers”da keçiriləcək. Yarışma “MTV Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq. Tədbirin aparıcısı isə Samir Bayramlı və Vüsalə Saiddir. Səhnədə xüsusi qonaq olaraq Dj Çina modelləri müşaiət edəcək.

 

Qeyd edək ki, müsabiqədə ən kiçik finalçının yaşı 16, ən böyük finalçının isə 30-dur. Münsif kürsüsündə Əməkdar artist Tünzalə Ağayeva, Eurovision təmsilçimiz müğənni Elnur Huseynov, şairə Zəhra Bədəlbəyli, Aparıcılar Nərgiz Cəlilova , Afaq Gəncəli, modellər Rüstəm Cəbrayılov, İlqar Əliyev, stilistlər Anar Ağakişiyev, Fuad Hacıyev, Make up Artist Blogger Günəş Nur, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilova, modelyer-dizaynerlər Afaq İsmayılzadə, Songül Başar , xoreoqraf Syama Həsənova, «Kəngərli Group» rəhbəri Cəlal Kəngərli və başqalarının yer aldığı yarışmada 60 nəfər finala keçib.

 

Qala gecədə, yerli və xarici modelyer-dizaynerlerin «Bu Son Collection» (Türkiyə), «Kəngərli Baku» (Azərbaycan), «A Glamour» (Azərbaycan), «Xatirə Baharova» (Azərbaycan), Orxideya (Azərbaycan), Bəyaz Gəlinik (Azərbaycan) moda şousu təşkil olunacaq.

 

 

Qala gecə bitdikdən sonra «The Green Baku» da qapalı after party təşkil olunacaq. Eurovision təmsilçimiz Elnur Hüseynov və Dj Bora Borscizki 1 performansı yer alacaq.

 

Qalib gələn oğlan və qız iştirakçı 01-08 dekabr arası İstanbulda keçriləcək «Best Model of The World» 2018 dünya finalında ölkəmizi təmsil edəcək.

 

Onu da bildirək ki, layihənin Milli və Beynəlxalq direktoru Aqil Məmiyev, direktoru Pərviz Əzimzadə, Baş kordinator isə Ləman Mirtalıblı, baş prodüseri Rəna Sultanovadır.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !