Maşından oğurluq edənlər həbs olundu... - - Sumqayıtda

Maşından oğurluq edənlər həbs olundu... - Sumqayıtda

Sumqayıt şəhərində 20-yə yaxın maşından oğurluq edən şəxslər saxlanılıb.

 

DİN-dən verilən məlumata görə, şəhər ərazisində avtomobillərdən çoxsaylı oğurluqlar edən şəxslərə qarşı kompleks əməliyyat tədbiri həyata keçirilib. Sumqayıt şəhər sakinləri Ceyhun Ələkbərov və Şükran Xələfov saxlanılıblar. Onların Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda 14 avtomobildən maqnitofon, səs gücləndirici, akkumulyator və maşınların salonlarında olan digər qiymətli əşyalar oğurladıqları məlum olub.

 

Avtomobillərdən oğurluq edən daha iki nəfər – Sumqayət şəhər sakinləri Rauf Əliyev və Cavid Səyadzadə saxlanılıb. Bu iki şəxsin şəhər ərazisində 5 nəqliyyat vasitəsindən oğurluq etdyi məlum olub. Saxlanılan şəxslər ifadələrində əsasən qapıları açıq vəziyyətdə saxlanılan avtomobillərdən oğurluq etdiklərini bildiriblər.

 

Qeyd olunan faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar və əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !