Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır.... -

Sumqayıt Dövlət Dram Teatrı Yeni ilə hazırlaşır....

AZpress.AZ xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və 2019-cu il üçün yeni proqramın hazırlığına start vermişdir. Bu ilin bayram şənliyində kiçik yaşlı tamaşaçılar teatrda fərqli bir ssenari üzrə maraqlı, əyləncəli, musiqili tamaşanı seyr etmək imkanı əldə edəcəklər.
Kollektiv “Çeburaşkanın Yeni il sərgüzəştləri” adlı tamaşa üzrərində yaradıcılıq işinə start vermişdir. Tamaşanın quruluşçu rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının gənc və istedadlı rejissoru Ayla Osmanova, rəqslərin qurluşçusu Ceyhun Dadaşov, rəssamları Nizami Dadaşov və Arif Müzəffərovdur. Rejissor Fuad Kazımov, rejissor assistenti isə Fazilə Rzayevadır.
Tamaşada əsas obrazları Əməkdar artist İzaməddin Bağırov, Şəhla Məmmədova, Firuzə Şərifova, Kamran Muradlı, Şəmistan Süleymanlı, İlahə Səfərova, Sevda Hüseynova, Yusif Dadaşov, Dağlar Rüstəmov, Elay Xasiyev və başqaları ifa edəcəklər.
Tamaşalar bu il dekabrın 29-dan 2019-cu il yanvar ayının 03-ədək saat 1100,1300 və 1500 – da nümayiş etdiriləcəkdir.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !