ƏSA Teatrı Naxçıvana qastrol səfərinə yola düşdü - (+FOTOLAR)

ƏSA Teatrı Naxçıvana qastrol səfərinə yola düşdü (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Əlilliyi olan və olmayan aktyorlardan ibarət inkluziv ƏSA Teatrının kollektivi bugün Naxçıvan şəhərinə qastrol səfərinə yola düşüb.

 

Teatrın baş meneceri Nicat Qulamın verdiyi məlumata görə, qastrol zamanı Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının səhnəsində 1 tamaşa nümayiş etdiriləcək.

 

Noyabrın 29-da, teatrın rəhbəri və baş rejissoru Nihad Qulamzadənin quruluşu ilə Amerikalı yazıçı, nobel mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povesti əsasında “Adamlar və siçanlar” tamaşası oynanılacaq. Bu tamaşada quruluşçu rejissor həm də Körli rolunu ifa edəcək. Xatırladaq ki, tamaşanın premyerası 2017-ci il dekabrın 19-da olub.

 

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, baş prodüseri və səhnə tərtibatçısı Nicat Qulam, multimedia meneceri Elxan Xanəlizadə, rejissoru Elşən Əsgərov, işıq rəssamı Binyamin Sailov, qrim üzrə rəssamı Könül Şahbazovadır

 

Rolları Elşən Əsgərov, Elvin Mirzəyev, Səmayə Ağayarova, Niyaz İlyasoğlu, İmran Lələyev, Nihad Ari, Günay Məmmədova, Fərid Əliyev, Asim Səfərov və Coşqun Məmmədov canlandıracaq.
Qeyd edək ki, tamaşanın maliyyə dəstəkçisi Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfirliyidir

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )