Dövlət Gömrük Komitəsində qadın namizədlərin iştirak etdiyi test imtahanına start verilib - (+FOTO)

Dövlət Gömrük Komitəsində qadın namizədlərin iştirak etdiyi test imtahanına start verilib (+FOTO)

AZpress.AZ xəbər verir ki, noyabrın 28-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin birinci – test imtahan mərhələsi başlayıb.

Müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.

Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, eləcə də imtahan komissiyasının tərkibinə daxil olan aidiyyəti qurumların rəhbərləri iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, bu müsabiqə indiyədək gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən müsabiqələrdən fərqlidir. Bu dəfə müsabiqədə yalnız qadın namizədlər iştirak edir və bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb.
İsmayıl Hüseynov qeyd edib ki, əsası müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender bərabərliyi sahəsindəki dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Ölkədə gender bərabərliyi sahəsində görülən işlər, öz növbəsində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədrinin birinci müavini deyib ki, aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan qadınları dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində fəallığı, istedad və bacarığı ilə seçilir. Vurğulanıb ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını, eyni zamanda fəal ictimai xadimdir.

O da diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti qadınların əməyini, o cümlədən iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətini daim yüksək qiymətləndirir. Bu müsabiqənin keçirilməsi də qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə çıxışında Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və müsabiqəni dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti istiqamətində mühüm fəaliyyət, səmərəli təşəbbüs kimi qiymətləndirib, digər dövlət qurumlarının da bu təşəbbüsə qoşulacağına ümidvar olduğunu söyləyib.

Komitə sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda qadınlara bütün sahələrdə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb və bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Dövlət və milli fəaliyyət proqramlarında, digər vacib sənədlərdə gender komponenti öz əksini tapıb və bunun nəticəsi olaraq bütün sahələrdə qadınların fəallığı sürətlə artır.
Sonra test imtahanına start verilib.

Müsabiqədə 270 namizəd iştirak edir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !