Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir - Surqutdakı diaspor sədrindən - AÇIQLAMA (+FOTO)

“Fərman Salmanovla bağlı xəbərə sevinmək hələ tezdir” - Surqutdakı diaspor sədrindən AÇIQLAMA (+FOTO)

Sosial şəbəkələrdə Rusiyanın Surqut şəhərindəki hava limanına məşhur azərbaycanlı geoloq Fərman Salmanovun adının verildiyi söylənilir.
Surqutda yaşayan və diaspor sahəsində çalışan Azad Seyidov AZpress.AZ-a açıqlamasında deyib ki, hələlik qələbədən danışmaq tezdir.

 

“Çünki nəticələr dekabrın 5-də açıqlanacaq. Sadəcə, indiki səs çoxluğu Fərman Salmanovun adını göstərir. Fərman Salmanovun qələbə çalması barədə yayılan xəbərlər hələ ki dezinformasiyadır. Yaxşı olar ki, son vaxta qədər səbirli olaq”.
Xatırladaq ki, Rusiya Federasiyasının 45 hava limanına ölkənin dahi şəxsiyyətlərinin adlarının verilməsi ilə əlaqədar səsvermə elan edilib. Bu səsverməyə Rusiya tarixində həyati əhəmiyyətli rol oynamış iki azərbaycanlının - Fərman Salmanov və Sabit Orucovun da adları daxil edilib. Müsabiqə noyabrın 30-da bitir.

 

Hələ ki F.Salmanovun adı “Rusiyanın böyük adları” müsabiqəsində ən çox səs toplayan sima olaraq öndə gedir.
Onun rəqibləri Yermak Timofeyeviçlə Aleksandr Flipenkodur.
Müsabiqənin rəsmi nəticələri dekabrın 5-də açıqlanacaq.
Qeyd edək ki, Fərman Salmanov 1961-ci ildə Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf edib.

 

Fərman Salmanovun adı Surqut və Nijnevartovsk şəhərlərinin hava limanına veriləcək adlar sırasında yer alır.

 

https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/nignevartovsk

 

Sabit Orucovun adı isə Novıy-Urenqoy (qeyri rəsmi olaraq Rusiyanın qaz paytaxtı adlanır) şəhərinin hava limanına veriləcək adlar sırasında yer alır.

 

https://xn--80adjaaqabpiqn.xn--p1ai/members/noviyurengoy

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !