Sumqayıt Dövlət Dram Teatrı körpələrin görüşünə gəlib - (+FOTO)

Sumqayıt Dövlət Dram Teatrı körpələrin görüşünə gəlib (+FOTO)

AZpress.AZ xəbər verir ki, 50-ci mövsümünə yeni tamaşalarla start verən Sumqayıt Dövlət Dram Teatrı həmçinin bir neçə maarifləndirici, tanıdıcı layihə gerçəkləşdirməkdədir. Layihələrin məqsədi tamaşaçılarla birbaşa ünsiyyətdə olmaq, dərsliklərdəki Azərbaycan və dünya dramaturgiyasından seçmə əsərlərin şagirdlərə səhnə yozumu ilə, əyani şəkildə nümayiş etdirmək, diskussiyaların təşkili və maarifləndirmədən ibarətdir. Uğurlu layihələrdən biri də kiçik yaşlı kontingentə hesablanmışdır. Belə ki, bu layihə çərçivəsində yaradıcı kollektiv bugün Kaspi Uşaq Baxçasının kiçik üzvlərinin qonağı oldu və rejissor Ayla Osmanovanın quruluşunda “Kim güclü, kim ağıllı?” tamaşası ilə çıxış etdilər.

Tamaşada rolları Kamran Muradlı, Aynur Hümbətova, Ceyhun Məhərrəmov, Dağlar Rüstəmov, Sevda Hüseynova, Rövşən Əsgərov və Elmir Mehdiyev ifa edir.

Tamaşa vasitəsilə öyrənmə çağında olan körpə fidanlara ağlın, cəsarətin qol gücündən üstün olması, vacibliyi mesajı ötürüldü. Sonda baxça rəhbərliyi balacaların həm əylənib həm də maariflənmələri istiqamətində dəstəyinə görə kollektivə minnətdarlığını bildirdi.
 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )