IPRA-dan Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu na dəstək -

IPRA-dan “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”na dəstək

Mənzil qərargahı Londonda yerləşən Beynəlxalq İctimaiyyətlə Əlaqələr Assosiasiyası (IPRA - International Public Relations Association) 26 yanvar 2018-ci il tarixində Türk dünyasında ilk dəfə keçiriləcək “Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu”nun rəsmi tərəfdaşı oldu. IPRA-dan gələn dəstək məktubunda forumun Türkdilli Dövlətlərin PR mütəxəssisləri arasında qarşılıqlı əlaqələrin yaradılmasında və PR sahəsində yeni metodların tətbiq edilməsində böyük rol oynayacığına əminlik də bildirilib. IPRA prezidenti Forumun fəxri qonaqlarından biri olacaq və spiker kimi çıxış edəcək.
Xatırladaq ki, Forumun əsas məqsədi Türkdilli Dövlətlərin PR Mütəxəssislərini bir araya gətirmək, türkdilli ölkələrin PR mütəxəssislərinin qarşılıqlı əməkdaşlığını genişləndirmək, PR sahəsinə yeni tendensiyalar və ideyalar gətirərək bu sahənin inkişafını təmin etməkdir. Bu günə kimi, Forumda Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan PR mütəxəssisləri, həmçinin yerli şirkətlərdə çalışan PR mütəxəssisləri iştiaklarını təsdiqləyiblər. Bilet satışının gələn həftə başlayacağına baxmayaraq, artıq bir neçə şirkət və təşkilatlardan, habelə fərdi şəxslərdən biletlər sifariş edilib.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !