Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Ağcabədi rayonunda istifadəyə verildi - + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Ağcabədi rayonunda istifadəyə verildi + FOTOLAR ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

Ölkə ərazisində sürətli formada həyata keçirilən Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələri Bərdə rayonunda praktiki istifadəyə verildi. Bu günə qədər bu layihənin praktiki istifadəsi 27 rayonda reallaşıb. Komitəsi tərəfindən uçot işinin praktiki istifadəsi reallaşan rayonlarda görülən işlər barədə məlumatlandırma ilə bağlı ictimai təqdimatlar keçirilir.
AZpress.AZ- ın bölgə müxbiri xəbər verir ki, bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 30 noyabr tarixində “Ağcabədi rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda İctimai təqdimat keçirilib. Bunun nəticəsində həmin rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verildi.
Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdi. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, üstünlükləri və gələcək perspektivləri müzakirə olundu.
Uçot işlərinin praktiki istifadə qaydaları barədə məlumatlandırmaq, uçot işlərinin rayonda torpaqların səmərəli idarəsi və istifadəsinə, iqtisadi, aqrar münasibətlərə göstərəcəyi müsbət təsirlərin izah edilməsi təqdimatın əsas məqsədidir. Həmçinin tədbir çərçivəsində uçot işinin nəticəsi olaraq hazırlanmış Ağcabədi rayonunun bələdiyyə, həmçinin torpaqların bonitirovka və iqtisadi qiymətləndirmə xəritələri nümayiş etdirildi.
Qeyd edilib ki, Torpaqların Elektron Kadastr Uçotunun həyata keçirilməsi, Ağcabədi rayonundakı torpaqların ümumi həcmində bələdiyyə, dövlət torpaqlarının paylarını müəyyən etdi. Eləcə də vətəndaşlara məxsus özəl torpaqların xüsusi çəkisi hesablandı.¬¬¬¬ Layihənin həyata keçirilməsi bölgədə bələdiyyə xəritələri ilə yanaşı, relyef, meyillilik xəritələri də tərtib edilməsini mümkün edir. Eyni zamanda, torpaqların müqayisəli qiymətləndirilməsini, bonitirovkasını həyata keçirməyə imkan verən xəritələr də mütəxəssislər tərəfindən hazırlanıb.
Hazırlanmış uçot işləri Ağcabədi rayonunun bələdiyyə hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 76,3 min hektar¬¬¬¬ torpaq sahəsinin mövcudluğunu öyrənməyə imkan verib. Bəlli olub ki, 10,5 min hektar¬¬¬¬ dövlət, 18,9 min hektar¬¬¬¬ bələdiyyə, 47,0 min hektar¬¬¬¬ özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 28,5 min hektara yaxını (75,7 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 53,1min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələri 50,3 min hektar olduğu halda, elektron uçot aparılan zaman bu ərazilər müxtəlif uqodiyaların hesabına artaraq 53,1min hektar olub. Uçot işləri zamanı müəyyən edilib ki, torpaq payı almış ailələrdən 6,8 minə yaxının torpaq ölçüləri 1.0 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin kənd təsərrüfatına yararlı olan sahələrdə (mülkiyyət növünə görə) yerləşən tikili və qurğular barədə müfəssəl məlumatlar da əldə edilmişdir. Beləki həmin ərazilərdə 1955 tikili və qurğuların (bundan 71 dövlət mülküyyətində, 1089 bələdiyyə mülküyyətində, 797 xüsusi mülküyyətində) olduğu aşkar edilmişdir
Layihənin reallaşdığı müddət ərzində Ağcabədi rayonunda torpaqların kəmiyyət göstəriciləri ilə bərabər, keyfiyyət göstəricilərinin də uçotu aparılıb. Bu istiqamətdə aparılan işlərdən əldə olunan nəticələr təhlil olunub. Eləcə də, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının yaradılması rayon ərazilərindən kənd təsərrüfatı sahəsində istifadəni səmərəli edir. Otlaqların geobotanik, torpaqların isə eroziya xəritələrinin tərtib edilməsi, ərazilərin münbitliyini, torpaqların isə şorlaşmaya məruz qaldığını müəyyən etməyə imkan verir. Belə xəritələr kəndliyə torpağı hansı fermer təsərrüfatına cəlb edəcəyi ilə bağlı düzgün planlama üçün yardım edir.
Torpaqların Elektron Kadastr Uçotunun nəticəsində rayonda kənd təsərrüfatı dövriyyəsində olan torpaqlardan istifadənin səmərəliliyinin artırılması, həmçinin torpaq idarəçiliyində uçot məlumatlarından istifadənin təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsinə şərait yaradır:
- kənd təsərrüfatı istehsalatının iqtisadi səmərəliliyinin artırılması, torpaq ehtiyatlarından tam, dolğun və səmərəli istifadənin təmin edilməsi məqsədləri üçün kiçikölçülü pay torpaqlarının təmərküzləşməsini təmin edə bilən hüquqi, iqtisadi mexanizmlər hazırlanaraq və həyata keçirilməsini;
- torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılmasını;
- şorakətləşmiş, şorlaşmış və eroziyaya uğramış torpaqların keyfiyyətinin yaxşılaşdırılması üçün həmin ərazilərdə müvafiq aqrotexniki və meliorativ tədbirlər görülməsini;
- qeyri-qanuni tikililərin nizama salınması məqsədi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyələr qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vəsatətlərlə çıxış etmələrini;
- mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə bələdiyyələr səmərəli torpaq idarəçiliyini təmin etmək üçün torpaqların elektron kadastr uçotu məlumatlarından istifadə etmələrini;
- müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, habelə bələdiyyələrdə lazımi texniki imkanlara malik informasiya sistemi qurulmalı və torpaqların elektron kadastr uçotu sistemi ilə məlumat mübadilələri aparmalarını.
Təqdimatın sonunda layihənin praktiki nəticələri və istifadəsi ilə bağlı iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırıldı.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !