İctimaiyyət nümayəndələri hərbçilərlə görüşüb - (+FOTOLAR)

İctimaiyyət nümayəndələri hərbçilərlə görüşüb (+FOTOLAR)

Müdafiə nazirinin təsdiq etdiyi illik fəaliyyət planına əsasən Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissədə ictimaiyyət nümayəndələrinin hərbçilərlə görüşü keçirilib.
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və AMEA Mərkəzi Elmi Kitabxanasının nümayəndələri hərbi hissədə şəxsi heyətin həyat və məişət şəraiti ilə tanış olublar.
Tədbirdə iştirak edənlər əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhid olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəxsi heyətlə görüşdən sonra hərbi hissənin kitabxanasına üç yüzdən artıq kitab hədiyyə edilib. Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.
Qonaqlar şəxsi heyətlə birlikdə nahar etdikdən sonra xatirə şəkli çəkdirilib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !