Bakıda Vinq Çun üzrə beynəlxalq seminar verdi - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Bakıda Vinq Çun üzrə beynəlxalq seminar verdi +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının dəvəti ilə ölkəmizə gələn Beynəlxalq Vinq Çun assosiasiyasının prezidenti canlı əfsanə, Qrandmaster Samuel Kvok, 23-25 noyabr tarixlərdə Bakıda Vinq Çun üzrə beynəlxalq seminar verdi. AZpress.AZ xəbər verir ki, 3 gün davam edən seminarda Qrandmaster Samuel Kvok və federasiyanın prezidenti beynəlxalq dərəcəli döyüş ustası Asif Sayadov maksimum dərəcədə iştirakçılara bu döyüş sənətinin sirlərini öyrətməyə çalışıb .
Seminara Federasiyanın və o cümlədən digər döyüş məktəblərindən ümumilikdə 200 dən çox idmançı qatılıb .
27-noyabr tarixində isə qrandmaster Samuel Kvok və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının prezidenti Asif Sayadov və I vitse prezidenti Jalə Əhmədovanı Gənclər və İdman Nazirliyində cənab nazir Azad Rəhimov qəbul edib . Görüş zamanı qrandmaster Samuel Kvok Azərbaycana gəlməsinin səbəbindən və ölkəmizdə Vinq Çun döyüş sənətinin sürətlə inkişafıdan və müxtəlif yaş kateqoriyalarında olan insanların bu növə olan böyük marağından söhbət açıb . Daha sonra federasiyanın prezidenti Asif Sayadov, ölkəmizdə bu döyüş sənətinin 10 illik inkişaf tarixindən, qazanılan uğur və nailiyyətlərdən danışıb . Daha sonra isə canlı əfsanə Samuel Kvok yeni yaradılmış Vinq Çun federasiyasına görə cənab nazirə təşəkkürünü bildirib .
Federasiyanın I vitse prezidenti Jalə Əhmədova federasiyanın gələcək planlarından görüləcək iş lərdən bəhs edib . Görüş zamanı, cənab nazir yeni yaradılmış bu federasiyaya uğrlar arzulayaraq hər zaman nazirlik tərəfindən diqqət və qayğı üzərində olacağını söyləyib. Daha sonra qrandmaster Samuel Kvok Beynəlxalq Vinq Çun assosiasiyası adından Vinq Çun idman növünün inkişafına göstərdiyi diqqət və qayğısına görə cənab nazirə fəxri sertifikat təqdim edib. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır ) 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !