ƏSA Teatrı Naxçıvanda anşlaqla qarşılandı - (+FOTOLAR)

“ƏSA” Teatrı Naxçıvanda anşlaqla qarşılandı (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycanın ilk inklüziv ƏSA Teatrı noyabrın 29-da Naxçıvan Muxtar Respublikasında qastrol səfərində olub. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi ilə Con Steynbekin “Adamlar və siçanlar haqqında” əsərinin motivləri əsasında ƏSA Teatrının hazırladığı “Adamlar və siçanlar” tamaşası nümayiş etdirilib. Tamaşa böyük anşlaqla keçib. Tamaşadan əvvəl çıxış edən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov və ABŞ-ın ölkəmizdəki səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilyam Gil Naxçıvan şəhərində reallaşdırılan tamaşa üçün inklüziv ƏSA Teatrına öz təşəkkürlərini bildiriblər. ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə teatrın yaranmasından və cəmiyyətdəki rolundan danışıb. Sonra tamaşa nümayiş etdirilib.

 

Hər pərdəsi alqışlarla nümayiş olunan tamaşanı rəsmi şəxslərlə yanaşı, yerli mədəniyyət və incəsənət xadimləri, ziyalılar izləyiblər. Tamaşanın nümayişindən sonra ABŞ-ın ölkəmizdəki səfirliyinin Müvəqqəti İşlər Vəkili Uilyam Gil, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Cavid Səfərov və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova kulisdə teatrın yaradıcı heyəti ilə görüşüb, söhbət ediblər. Tamaşaçılar kulisə axışaraq, teatrın kollektivi ilə xatirə şəkilləri çəkdiriblər.

 

Quruluşçu rejissoru Nihad Qulamzadə olan tamaşada baş rolları Elşən Əsgərov (Lenni) və Elvin Mirzəyev (Corc) ifa ediblər. Rolları Niyaz Qasımov (Kandi), Səmayə Ağayarova (Qız), İmran Lalayev (Slim), Günay Məmmədova (Klara xala), Fərid Əliyev (Karlson), Coşqun Məmmədov (Sahib), Asim Səfərov (Sahibin köməkçisi) canlandırıblar.

 

Beləliklə də, 2016-cı ildə əsası paytaxt Bakıda qoyulan ölkənin ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı ilk qastrol səfərini Naxçıvandan uğurla başlamaqla yaradıcı fəaliyyətində yeni mərhələyə start verib. ƏSA Teatrı bundan sonra ölkənin digər şəhər və bölgələrinə də səfər etməyi planlaşdırır.  

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !