Ermənistan Rusiyadan yeni qırıcılar alır -

Ermənistan Rusiyadan yeni qırıcılar alır

 Ermənistan Rusiyadan SU-30CM tipli qırıcı təyyarələr alacağını bəyan edib.

 

Eurasia Diary TASS-a istindən xəbər verir ki, Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirib ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar kredit verəcək.

 

“Biz bunun tez olmasını istəyirik. Artıq danışıqların yekun mərhələsindəyik”,- deyə Tonoyan rusiyalı jurnalistlərə bildirib.

 

O, Rusiya ilə hərbi sahədə mühüm bir tədbirə hazırlıq getdiyini və bu sahədə sıx əməkdaşlıq edildiyini desə də, hansı tədbirdən söhbət getdiyini açıqlamayıb.

 

Ermənistana yeni ixrac kreditinin verilməsinə dair razılıq 2017-ci il oktyabrın 24-də əldə edilib.

 

Bu kredit sayəsində Ermənistan Rusiya istehsalı olan hərbi texnika əldə edəcək. Kredit 15 il müddətinə, 3 faizlə veriləcək.

 

 ! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )