Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir - (+FOTO)

Türkmənistan Azərbaycanda ticarət evi açmaq niyyətindədir (+FOTO)

 AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasında Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birinci katibi-konsul Batur Rejepov ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasının baş katib müavini Fuad Hümbətov arasında görüş təşkil olunmuşdur.

 

 

Son zamanlar ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini vurğulayan Batur Rejepov 21-22 noyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Türkmənistan Respublikasına rəsmi səfəri çərçivəsində hər iki dövlət başçısı arasında müxtəlif sahələr üzrə imzalanan 21 müqavilənin ikitərəfli münasibətlərin gələcəyi üçün əhəmiyyətindən bəhs etdi.

 

 

Görüşdə Türkmənistanın Bakıda ticarət evinn açılmasına dair müzakirə aparılmışdır. Diplomat bildirdi ki, açılması planlaşdırılan ticarət evində Türkmənistan istehsalı olan müxtəlif çeşidli tekstil məhsullarının, əl xalçalarının satışı nəzərdə tutulmuşdur.

 

 

Batur Rejepov müvafiq sahə üzrə tərəfdaşların əməkdaşlığa cəlb edilməsi, ticarət evinin hüquqi rəsmiləşdirilməsi, ticarət evi üçün məkanın tapılması ilə bağlı Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfedrasiyasından bu məsələlər üzrə onlara dəstək verilməsini xahiş etmişdir.Fuad Hümbətov ticarət evinin açılması ilə bağlı ASK-nın müvafiq dəstəyin göstərəcəyinə söz vermişdir.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !