Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər - (+FOTOLAR)

Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, MDB PA 48-ci plenar iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev və Milli Məclisin MDB PA-da daimi nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov daxil idilər.
İlk növbədə PA Şurasının iclası keçirilib. İclasda Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və deputat Arif Rəhimzadə çıxış edib.
Sonra PA daimi komisiyalarının iclasları baş tutub. Bundan sonra PA 48-ci plenar iclası öz işinə başlayıb. MDB PA siyasi məsələlər və beynəlxalq əməkdaşlıq komissiyasının iclasında komissiyanın sədr müavini Rüfət Quliyev çıxış edib. Komissiyanın iclasında təşkilati məsələlərə də baxılıb və Rüfət Quliyev yenidən komissiya sədrinin müavini seçilib.
İclasın ikinci günündə azərbaycanlı deputat Arif Rəhimzadənin moderator olduğu beynəlxalq konfrans keçirilib.
Sonda MDB PA-da uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Aydın Cəfərov “Drevo drujbı” Qızıl medalı və Rüfət Quliyev “Sodrujestvo” ordeni ilə təltif ediliblər.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !