ADAU-da Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetic ehtiyatları mövzusunda konfrans keçirilib - (+FOTOLAR)

ADAU-da “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetic ehtiyatları” mövzusunda konfrans keçirilib (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 22 may 2018-ci il tarixli “Akademik Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının icrası ilə əlaqədar təsdiq olunan tədbirlər planına əsasən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Akademik Cəlal Əliyev və bioloji müxtəlifliyin genetic ehtiyatları” mövzusunda respublika elmi-praktiki konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Botanika İnstitutu, Dendrologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Torpaqşünaslıq və Aqrokimya İnstitutu, Gəncə bölməsi, Təhsil Nazirliyinin Gəncə Dövlət Universiteti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutundan 100-dən çox məqalə məruzə üçün təqdim edilib. Məqalələr akademik Cəlal Əliyevin apardığı fundamental araşdırmaların və elmi nailiyyətlərin müxtəlif aspektlərinə həsr olunmaqla nəşr edilib.

 

Konfransda AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun geniş tərkibli heyəti iştirak etmişdir. İnstitutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev Cəlal Əliyev ilə bağlı xatirələrini bölüşmüş, elmi işlər üzrə direktor müavini b.ü.f.d. Ələmdar Məmmədov, AMEA-nın müxbir üzvü İbrahim Əzizov, b.ü.e.d. Şahniyar Bayramov, b.ü.e.d. Həsən Qəribov, b.ü.f.d. Səadət Xudaverdiyeva, b.ü.f.d. Nurməmməd Mustafayev, b.ü.f.d. Mahirə Məmmədova maraqlı məruzələrlə çıxış ediblər.

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !