Unudulmaz violin ifaçısı Azad Əliyəvin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

Unudulmaz violin ifaçısı Azad Əliyəvin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, 30 noyabr 2018-ci il tarixində Müslim Mağomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində Azərbaycan Respublikasının xalq artisti, professor, unudulmaz violin ifaçısı Azad Əliyəvin 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilmişdir. Gecə iştirakçıları qarşısında A.Əliyevin həyat və yaradıcılığı barədə giriş sözü ilə Aybəniz Növrəsli çıxış etmişdir. Sonra tamaşaçılar Azərbaycan Dövlət Simfonik orkestrin ifasında iki əsəri dinləmişlər: İ. Brams – violin və orkestr üçün konsert, D-dur, op.77 (solist – beynəlxalq müsabiqələr laureatı Ümidə Abasova), P.İ.Çaykovski – Simfoniya e-moll, op.64, №5. Dirijor Azərbaycan Respublikasının Əməkdar Incəsənət xadimi Elşad Bağırov olmuşdur.
İ.Bramsın məna və struktur quruluşu baxımından olduqca zəngin və maraqlı əsərinin məzmununu Ü.Abasova öz ifası ilə tamaşaçılara mümkün qədər dəqiq və geniş emosional çalarları ilə çatdırmağa çalışdı. Sözün əsil mənasında tamaşaçılar dərin daxili heyrət və sevinc hissini yaşadılar. Canlı müsiqinin füsunkar təsiri, orkestrin nizamlı səyləri, dirijorun məharətlə onun idarə edilməsi öz bəhrəsini verdi.
P.İ.Çaykovskinin də məhz adı çəkilən Simfoniyanın seçilməsi təsadüfi deyildi. Ən mürəkkəb və dərin emosional təsirə malik bu əsərinin E.Bağırovun ustalıqla idarə olunan orkestrin ifası tamaşaçılara dərin emosional və mənəvi təsir göstərmişdir. Təntənə hissini yaşadan son akkordları tamaşaçılar ayaq üstə alğışladılar. Gecə bütün tamaşaçılar, Bakı müsiqisüvərlər tərəfindən müsvət qarşılandı, uzun müddət Bakı musiqi həyatında yadda qalan hadisələrindən birinə çevrildi.
 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )