“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”... - +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”... +FOTOLAR ( AZpress.AZ - Rüstəm İsmayılov )

AZpress.AZ xəbər verir ki, dekabrın 4-ü (saat12:00) Azərbaycan Dillər Universitetində “Forbidden history of Armenia and Azerbaijan” (“Ermənistan və Azərbaycanın qadağan olunmuş tarixi”) filminin ingiliscə təqdimatı ilə bağlı dəyirmi masa keçirildi.
Dəyirmi masada İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Augusto Massari, Perunun Azərbaycandakı Səfiri Xanım Maria Milagros Castanon SEOANE, Xorvatiya Respublikasının Bakıdakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili cənab Branko Zebiç, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Fuad Axundov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Komitənin sədr müavini Səyavuş Heydərov, Milli Məclisin deputatı və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Təhsil Nazirliyinin Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Nicat Məmmədli, UFAZ - Azərbaycan-Fransız universitetinin direktoru Vazeh Əsgərov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Ermənistan-Azərbaycan Sülh Platformasının Direktoru Dilara Əfəndiyeva və digər rəsmilər iştirak etdilər.
Film Ermənistan Mədəniyyət Nazirliyi və Yerevan meriyasının sifarişi ilə çəkilmiş Azərbaycan əleyhinə yönəlmiş təbliğat xarakterli “Falsification of History – Azerbaijan” (“Tarixin saxtalaşdırılması - Azərbaycan”) filminə cavab olaraq Qafqaz Tarixi Mərkəzi tərəfindən hazırlanmışdır.
Filmdə toplanan ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Gürcüstan və s. ölkələrin nadir arxiv materialları, xəritələr, kino və fotokadrlar əsasında indiki Ermənistanın və paytaxt Yerevanın qədim azərbaycan torpaqları – İrəvan xanlığının ərazisi olması sübuta yetirilmiş, yalançi erməni təbligatının bir sıra tarixi uydurmaları, Azərbaycan və onun xalqına qarşi istifadə olunan tarixi-ideoloji saxtakarlıqlar ifşa olunmuşdur.

Müəllif – Fuad Axundov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri)
Elmi məsləhətçi – Rizvan Hüseynov (AMEA-nın Hüquq və İnsan haqqları İnstitutunun böyük elmi işçisi, Qafqaz Tarixi Mərkəzinin sədri)
İngilis dilinə tərcümə – Emil Abdurəhmanov (Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Əcnəbi Tələbələr Dekanlığının müfəttişi)
Dublyaj – “CBC – Azərbaycan” Telekanalı


Tədbirin informasiya dəstəyi "AZpress.AZ" informasiya agentliyinə və femida.az hüququ yüklü xəbər portalına məxsusdur.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )