"Mado"nun qaydaları... - - Kim udur, kim uduzur?...

"Mado"nun qaydaları... - Kim udur, kim uduzur?...

Mado-ya qarşı səliqəli və sivil etirazlardan biri İlkin Muradovdan gəldi. Gözdən salmaq üçün əlavə fakta ehtiyac yoxdu, özləri şərait yaradırlar.
Oxuyun, görün harada belə marketinq, xidmət və özünə hörmətsizlik var?
***
Bu gün "Gənclik Mall"dakı Madoda oturmuşduq. İki müştəriyə qarşı çox böyük hörmətsizliyin şahidi olduq. Məsələ müştərinin kənardan yeyəcək, içəcək kimi nəsə gətirməsi idi. Amma baxır nə da? Əvvəlcə bir oğlan əlində kofe gəldi. Masada əyləşdi və sifariş verməyə hazırlaşırdı. Ofisiant yaxınlaşdı ki, kənardan içki gətirmək olmaz. Müştəri də izah elədi ki, bura yemək yeməyə gəlib, kofeni də ticarət mərkəzində gəzərkən alıb və içməsində də qəbahət yoxdur. Amma müdriyyətin dəxlisiz inadı müştərini getməyə məcbur elədi. Halbuki adam qonağı ilə nahar edəcəkdi. Sonra iki xanımla bir uşaq gəldi və bizim yan masada əyləşdi. Xanımlar yemək sifariş verdi. Bu zaman xanım çantadan uşaq üçün bir şirniyyat çıxardı. Yenə ofisiant qaçaraq gəldi ki, müdiriyyət icazə vermir. Axı bu qədər kobudluq, hörmətsizlik olmaz. Hər iki epizodda ən azı 30-40 manatlıq sifariş verirdilər. Kimsə qazanda küftə, bozbaş gətirmir və ya özü ilə tort gətirib sizdən sadəcə çay almır ki. Həqiqətən də hər iki mənzərə biabırçılıq idi. Onsuz da qiymətləri od tutub yanan Madoya getməmək qərarı aldıq ) 

Sənan Nəcəfov

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !