Azərbaycanlı futbolçunun İsveçrədə uğurları... -

Azərbaycanlı futbolçunun İsveçrədə uğurları...

Bu gün xarici ölkələrdə uğur qazanan bir sıra azərbaybaycanlı digər soydaşlarımızın fəaliyyətinə böyük stimul verir. Gələcəkdə onların qazandıqları potensial güclü lobbimizin yaranmasına təsir göstərəcək. Hazırda istər idman, istər mədəniyyət, istərsə də başqa sahələrdə uğur qazanmış soydaşlarımız çoxluq təşkil edirlər.
Belə uğur qazanan soydaşlarımızın biri də İsveçin “Savedalen IF u-19” (yəni 19 yaşlılarla) komandasında oynayan Ayxan Cabbarlıdır.

Ayxan Cabbarlı kimdir?

Ayxan Cabbarlı 2003-cü ildə Azərbaycanda anadan olub. 6 yaşından futbolla məşğul olmağa başlayıb. İlk komandası Bakıda “Türk Futbol Klubu” olub. Sonralar “Bakı”, “Neftçi” futbol klublarında oynayıb. 2012–ci ildən İsveçdə yaşayır. Burada da bir neçə klubda məşqlər və oyunlar keçirib. Hazırda İsveçin “Savedalen IF u-19” klubunda oynayır.

Bu il onun klubu çempionu olub və əsas liqaya yüksəlib. Əsas oyun mövqeyi sağ və sol yarım-müdafiəçi mövqeyidir. Klubunda ən gənc oyunçudur. İndi liqa oyunlarında fasilə verildiyində İsveç kuboku oyunlarında çıxış edir. Qrup oyunlarında yaxşı nəticə göstərdiklərinə görə, növbəti mərhələyə keçiblər.

A.Cabbarlı bu il sınaq imtahanlarından sonra İsveçin ikinci böyuk futbol məktəbinə qəbul olunub. Ən əsası isə öz ölkəmizin millisinə (2-il öncə) dəvət alıb və oyunundan razı qalıblar.
16 yaşlılardan ibarət Azərbaycan milli komandasının heyətində bir neçə beynəlxalq oyunda iştirak edib.
Ayxan milliyə dəvət olunması ilə bağlı öz təəssüratlarını bölüşüb:

“Məni öz ölkəmin millisinə dəvət etdiklərinə görə, AFFA rəhbərliyinə və məşqçi korpusuna minnətdarlığımı bildirirəm. İsveçdə də çalışıram ki, öz ölkəmin adını və şərəfini layiqincə təmsil edim. Yeri gəlmişkən, bir məsələni sizlərə xatırlatmaq istəyirəm. Azərbaycan millisində oynamaq atamın ən böyük arzusu idi. Mənim Azərbaycan millisinin formasını geyinib və dövlət himnimizi oxumaq atamın böyük arzusu olub. Mən də atamın arzusunu reallaşdırdığıma görə çox sevindim. Doğurdan da çox böyük məsuliyyət və qürurdur. İsveçdə bir neçə klub mənimlə maraqlanır. Bundan əlavə, Türkiyənin “Beşiktaş “ klubunun diqqətindəyəm. Yəqin ki, 2019 -cu ilin may ayında Türkiyədə baxışda olacam. Hələlik qərar verməyə vaxtım var. Futboldan başqa dərslərimlə də ciddi məşğulam. Gələn il idman gimnaziyasına qəbul olacağam. İnşallah, gələcəkdə Çempionlar Liqasında oynamağı arzulayıram. Əlbəttə ki, Azərbaycan millisində də öz mövqeyimi möhkəmləndirəcəm. Çünki mən azərbaycanlıyam”.


Elnur Eltürk 

modern.az

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )