Əmin Abid (Gültəkin)... - - Dilqəm Əhməd

Əmin Abid (Gültəkin)... - Dilqəm Əhməd

AZpress.AZ xəbər saytı Dilqəm Əhmədin Əmin Abid (Gültəkin) haqqındakı yazısını oxuculara təqdim edir:

1898-də doğuldu. 1928-də İstanbulda "İstiklal uğrunda" şeir məcmuəsində şeirləri dərc edildi. 1948-də Mirzəbala Məhəmmədzadə tərəfindən İstanbulda "Buzlu cəhənnəm" kitabı çap edildi.

70 il sonra yenə İstanbulda, doğumunun 120-ci ildönümündə "Buzlu cəhənnəm" adlı şeir, məqalə və bir məktubunun dərc edildiyi bu kitab ərsəyə gəldi.

Oktyabrda İstanbula gəldiyimdə bir tərəfdən elmi işimi çalışarkən, digər tərəfdən də İstanbulda Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə, həm də Əmin Abidin doğumunun 120-ci ildönümünə ithaf olaraq bu kitabı hazırladıq.

Kitabı İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmet Elp bəyə təqdim etdim, o da sağ olsun, dərnək yayınlarından çap edə biləcəyini söylədi.

Hikmət bəy kitabı redaktə elədi, ön söz yazdı. Ona minnətdaram.

Kitaba bir məqaləni və Abidin Bakıda çıxan bir şeirini hörmətli ustadımız Mehdi Genceli təqdim etdi, ona minnətdarlığımı bildirirəm. Kitab üçün fotoşəkilləri dəyərli böyüklərimiz Adalet Tahirzade və Ali Shamil bəylər verdilər. Onlara da ürəkdən minnətdaram.

Və nəhayət ən əsası. Bir kitabın çapının necə çətin olması işin içində olanlara bəllidir.

Kitabımız hazır olduqdan sonra dəyərli dostumuz Cavid İbrahimov kitabın çap xərcini öz üzərinə götürəcəyini bildirdi və dediyini də etdi. Həqiqətən, yaşda məndən balaca olan bir dostumuzun böyük sevgiylə bu işə dəstək olması məni çox duyğulandırdı, var ol deyirəm. Onun bu addımı həqiqətən bir örnəkdir.

Kitabdan inşallah Bakıya da göndərəcəyik. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )