Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub - (+FOTOLAR)

Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub (+FOTOLAR)

AZpress.AZ xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi böyük heyətlə, məktəbin direktoru əməkdar müəllim İkram Manafovun rəhbərliyi ilə Azərbaycanın dünya şöhrətli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Gürcüstanda keçirilən tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə 03-05 dekabr 2018-ci il tarixində sözügedən ölkəyə səfər ediblər.

 

Gürcüstandakı M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində yüksək səviyyədə təşkil olunan, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının da iştirak etdikləri tədbirdə məktəb kollektivi Qara Qarayevin əsərləri ilə yanaşı digər bəstəkarların əsərləri, xalq mahnı və muğamlarımızdan ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər.

 

Səfər çərçivəsində məktəbin kollektivi Tbilisidə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsi önünə əklil qoyaraq öz dərin hörmət və ehtiramlarını bildiriblər.  

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )