Azərikimya İstehsalat Birliyində qanvermə aksiyası keçiriləcək -

“Azərikimya” İstehsalat Birliyində qanvermə aksiyası keçiriləcək

Dəyərli dostlar, doğma Sumqayıtımızın əziz və hörmətli sakinləri, dekabr ayının 7-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün növbəti qanvermə aksiyası keçiriləcək. 

AZpress.AZ xəbər verir ki, Qanvermə “Azərikimya” İB-nin dəvəti ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadası tərəfindən müayinə edildikdən və yerindəcə təşkil olunmuş səyyar laboratoriyada yoxlanıldıqdan sonra aparılacaq.
Sizi 7 dekabr 2018-ci il tarixində minlərlə insan üçün həyati əhəmiyyət daşıyan bu könüllü hümanitar aksiyada iştirak etməyə dəvət edir və saat 9:00-dan 15:00-adək “Azərikimya” İstehsalat Birliyinin akt zalında gözləyirik. Hər kəs dəvətlidir.
İnanırıq ki, qəlbinizin səsinə qulaq asaraq, bu xeyirxah aksiyaya qoşulmaq istəyəcəksiniz.
Öncədən hər birinizə dərin təşəkkürümüzü bildiririk. 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

 

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !